Bu gün Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhyaratma əməliyyatına başlamasının 50-ci ildönümü münasibətilə gəldiyi Şimali Kipr Türk Respublikasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qeyri-adi hədiyyə təqdim olunub.
Bizim.Media xəbər verir ki, Ərdoğan hədiyyədən təsirlənib.
Prezidentə verilən hədiyyələr arasında ən təsirlisi anası Tənzilə Ərdoğanla portretini əks etdirən string-art rəsm olub.
Bu şəxsi tablonun yaradılması üçün 380 mismar və 7387 metr ipdən istifadə olunub.
Bizim.Media