“Trampla işləmək çətindir amma biz zəhmətkeş insanlarıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski BBC-yə müsahibəsində bildirib.
Prezident bildirib ki, Ukraynada nə baş verəcəyi Trampı kifayət qədər maraqlandırmır.
"Ola bilsin ki, o, həqiqətən də Ukraynada baş verənləri anlamır, ona görə də biz ABŞ-la çox işləməli olacağıq", - deyə o, vurğulayıb.
Zelenski əlavə edib ki, diplomatiya yolu ilə müharibəni həll etmək üçün onlara dəstək lazımdır:
"Ukraynaya təkcə yeni səhifə açmaq yetmir, onu vərəqləmək üçün güc də lazımdır”.
Bizim.Media