Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mənbə görüşün cümə günü baş tuta biləcəyini yazıb.
Xatırladaq ki, Tramp noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, yanvarda vəzifəyə başlamazdan əvvəl Ukraynadakı müharibəni bitirəcəyini deyib, lakin bunu necə edəcəyi barədə ətraflı məlumat verməyib.
Bizim.Media