Rusiya silahlı qüvvələrinə məxsus “Shahed” pilotsuz uçuş aparatı (PUA) Belarusun hava məkanına daxil olaraq, partlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.
Məlumata görə, Belarusun monitorinq layihəsinə əsasən, bu gün səhər saatlarında Belarus hava məkanına uçan pilotsuz təyyarə Bobruysk şəhərindən 55 km (Ukrayna ilə sərhəddən 120 km) Qomel vilayətində qəzaya uğrayıb.
Qeyd olunur ki, bu zaman partlayış baş verib. Hadisədən belə nəticəyə gəlmək olar ki, bu, “təlim” və ya “kəşfiyyat” PUA-sı deyil, göyərtəsində döyüş sursatı olan və hücum məqsədilə atılan PUA-dır.
Bizim.Media