Respublikaçılar Partiyası noyabrın 5-nə təyin edilmiş ABŞ-nin prezident seçkilərində Donald Trampı prezidentliyə namizəd kimi rəsmən irəli sürüb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün yetərincə səs toplayıb.
Qeyd edək ki, Tramp özü Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi ABŞ vitse-prezidentliyinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.
Bizim.Media