Türkiyənin Manisa vilayətində meşə yanğını baş verib.
Bizim.Media TRT Haber”ə istinadən xəbər verir ki, ərazidəki bir məhəllənin sakinləri təxliyə edilib.
Məlumata görə, yanğınla mübarizə məqsədilə əraziyə bir təyyarə, iki helikopter, on su tankeri və iki dozer göndərilib.
Güclü külək səbəbindən yanğının nəzarət altına alınması çətinləşib.
Bizim.Media