Macarıstan kəşfiyyat xidmətləri Viktor Orbana qarşı sui-qəsdin qarşısını alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Demokrata.net məlumat yayıb.
Macarıstan nəşri xəbər verir ki, bir qrup şəxs iyulun 5-də Moskvaya uçmazdan əvvəl ölkənin baş nazirini öldürmək istəyib. Onun avtomobili hava limanına gedən yolda partladılmalı idi.
Ölkə mətbuatında Macarıstan kəşfiyyat xidmətlərinin dinlədiyi iddia edilən səs yazısını yayılıb.
Bizim.Media