Tonqa Krallığının sahilində 6 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata göeə, yeraltı təkanların episentri təxminən 4,3 min nəfərin yaşadığı Neiafu şəhərindən 232 km şimalda yerləşib.
Zəlzələ ocağı 30 km dərinlikdə yerləşib.
Ərazidə tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.
Bizim.Media