Pakistanda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Dera-Qazi-Xan şəhərindən 134 km qərbdə yerləşdiyi bildirilir. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat yoxdur.
Bizim.Media