Türkiyəli nazirdən AÇIQLAMA: Enerji asılılığımızı minimuma endirməliyik

Türkiyə enerji asılılığını minimuma endirməyi, ölkənin qaz paylama və enerji sistemlərini maksimum dərəcədə inkişaf etdirməyi hədəfləyir. Ölkədə istehlak olunan enerjinin üçdə iki hissəsi idxal olunur.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Nazir qeyd edib ki, 2002-ci ildə Türkiyənin yalnız beş əyalətində təbii qazdan istifadə imkanı mövcud idisə, bu gün 81 əyalətin hər birinə “mavi yanacaq” verilir. “Ölkəmizin 860 yaşayış məntəqəsi artıq qazlaşdırılıb”, - deyə A.Bayraktar diqqətə çatdırıb.

A. Bayraktar ölkədə qaz və neft hasilatının göstəricilərinə diqqət çəkərək, onları inkişaf etməkdə olan Türkiyə bazarının ehtiyaclarını ödəmək üçün yetərsiz adlandırıb. O deyib:

“İlin sonuna neft hasilatının həcmini gündə 100 min barelə çatdırmağı planlaşdırırıq, halbuki daxili tələbat 1 milyon bareldir. Ona görə də yeni yataqlar, həmçinin Liviya, İraq, Somali, eləcə də Cənubi Qafqazla neft-qaz sahəsində alternativ əməkdaşlıq layihələri zəruridir”.

Energetika naziri, həmçinin Türkiyənin Qara dəniz sektorundakı perspektivli “Sakarya” qaz yatağından gözləntiləri bölüşüb.
“Bu yataq 2020-ci ildə kəşf edilib və respublikamızın tarixində ən böyük yataq hesab olunur. “Sakarya”nın ehtiyatları 710 milyard kubmetr həcmində qiymətləndirilir. Qara dənizdən qaz tədarükü bu gün 2,4 milyon abunəçinin ehtiyaclarını ödəməyə imkan verir. Gündə 5,5 milyon kubmetr qaz çıxarırıq və bu rəqəmi 10 milyon kubmetrə çatdırmaq niyyətindəyik”, - deyə nazir vurğulayıb.

A.Bayraktar habelə enerji səmərəliliyinin artırılmasının vacibliyini qeyd edərək bildirib:

“2024-2030-cu illər arasında bu məqsədlər üçün 20 milyard dollar ayırmağı planlaşdırırıq. Dinc məqsədli atom sahəsində də ciddi şəkildə geridə qalırıq. “Akkuyu” AES-dən sonra Sinop və Trakyada atom elektrik stansiyalarını işə salmağı planlaşdırırıq. Türkiyədə elektrik enerjisi istehsalını 2050-ci ilə qədər 20 min meqavata çatdırmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

End of content

No more pages to load

RADİO