ABŞ-ın keçmiş prezidenti Pensilvaniyada sui-qəsd cəhdi zamanı yaralandıqdan sonra açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.
"Bunun bizim ölkədə baş verməsi inanılmazdır, atəş edən haqqında heç bir məlumat yoxdur" o deyib.
Tramp sui-qəsd cəhdinə operativ reaksiya verdikləri üçün ABŞ Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına təşəkkür edib.
Xatırladaq ki, Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxs 20 yaşlı Metyu Kruks olub. O, Trampa atəş açdıqdan sonra snayperçi tərəfindən məhv edilib.
Bizim.Media