Azərbaycan-İran sərhədində qarşıdurma - Sərhədçi bıçaqlandı 

May ayının 4-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Ostair kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respub­likasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Bizim.Media verilən məlumata görə, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar.

Ərazi dərhal qapadılaraq keçirilmiş axtarış təd­birləri nəticəsində 1 ədəd qara rəngli çantanın içərisində 11 550 qram narkotik vasitəyə (3415 qram “marixuana”, 5085 qram “heroin”, 2030 qram “tiryək” və 1020 qram “metamfetamin”) bənzər maddələr aşkarlanaraq götürülüb. 

Həmin gün Yardımlı rayonunun Abbaslı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respub­likasından Azərbaycan Respublikasının ərazisinə hərəkət edən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd nar­yadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərən sərhəd pozucuları saxlanılıblar.

Saxlama zamanı sərhəd pozucularından biri sərhəd naryadına qarşı bıçaqla müqavimət göstərib, cinayətkar tərksilah olunarkən üz nahiyəsindən yüngül xəsarət alıb, hadisə yerində ona ilkin tibbi yardım göstərilib.

Saxlanılan şəxslərin İran vətəndaşları 1973-cü il təvəllüdlü Səidi Zeğəm Səyyad və 1983-cü il təvəllüdlü İbrahim Seyiddi Ağabala olmaları müəyyən­ləş­dir­ilib. Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə gətirdikləri ümumi çəkisi 3935 qram narkotik vasitəyə (3840 qram “marixuana” və 95 qram “metamfetamin”) bənzər maddələr və 17715 ədəd “Preqabalin” həbi aşkar olunaraq götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:20 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 dekabrda baş vermiş tarixi hadisələr

"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

"Röya mənim balaca bacımdır"

"Röya mənim balaca bacımdır"

SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verildi

SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verildi

4 penalti dəf edən qapıçının qolu SINDI

4 penalti dəf edən qapıçının qolu SINDI

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

“Liverpul”un futbolçusu “Qızıl top”u QAZANDI

“Liverpul”un futbolçusu “Qızıl top”u QAZANDI

Aytən Səfərova “Park Bulvar”dakı kinoteatrdan şikayətçidir - VİDEO

Aytən Səfərova “Park Bulvar”dakı kinoteatrdan şikayətçidir - VİDEO

"Evde Tək"in aktyorları 35 il sonra BİR ARADA - FOTO

"Evde Tək"in aktyorları 35 il sonra BİR ARADA - FOTO

“Tam aydın deyil, kim kimə hücum edib” — Orban Ukraynadakı müharibə HAQQINDA

“Tam aydın deyil, kim kimə hücum edib” — Orban Ukraynadakı müharibə HAQQINDA

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı - RƏSMİ

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı - RƏSMİ

Çexiya millisinin yeni baş məşqçisi AÇIQLANDI

Çexiya millisinin yeni baş məşqçisi AÇIQLANDI

Vardanyan haqqında çəkilən “The Oligarch’s Design” sənədli filminin nümayişi oldu - FOTO

Vardanyan haqqında çəkilən “The Oligarch’s Design” sənədli filminin nümayişi oldu - FOTO

Azərbaycanın müxtəlif istiqamətlərində avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanın müxtəlif istiqamətlərində avtobus marşrutları müsabiqəyə çıxarılır

“Youtube”un işində texniki nazaslıq YARANDI

“Youtube”un işində texniki nazaslıq YARANDI

Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın rolundan DANIŞDI

Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın rolundan DANIŞDI

Dörd gün əvvəl ayrıldığı kluba QAYITDI

Dörd gün əvvəl ayrıldığı kluba QAYITDI

End of content

No more pages to load

RADİO