Həyat üçün əlverişli ekzoplanet TAPILDI - FOTO

Monreal Universitetinin alimləri “Ceyms Vebb” teleskopunun köməyilə aparılan əlavə müşahidələrdə LHS 1140b ekzoplanetinin əsasən azotdan ibarət sıx atmosferə malik olduğunu aşkar ediblər. Hətta bu buz topunun okeana sahib olması da ehtimal edilir. 

Bu barədə Bizim.Media-ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Qırmızı cırtdan ulduzun ətrafında dolanan LHS 1140b Yerdən 48 işıq ili məsafədə, öz ulduzunun “həyat zonasında” yerləşir. Planetin radiusu Yerin radiusundan 1.7 dəfə böyükdür. 
Tədqiqatın əsas məqsədi LHS 1140b-nin bərk səthə malik olub-olmamasını müəyyənləşdirmək idi. Bu suala cavab tapmaq üçün isə “Ceyms Vebb” teleskopundan istifadə edilib. Əldə olunan müşahidə materialları da öz növbəsində planetin atmosferində “minineptunlar” üçün xarakterik olan hidrogen qatının olmasını təkzib edib.

Müəyyən olunub ki, planet azot, su buxarı və karbondan ibarət ağır atmosferə malikdir. Müşahidələrə əsasən planetin kütləsi haqqında da informasiya əldə etmək mümkün olub.

Planetin kütləsi gözlənilən qədər ağır olmadığından, hesab edilir ki, onun 10-20 faizi sudan ibarətdir və planet buz şarıdır. LHS 1140b-nin ancaq bir üzü öz ulduzuna dönük olduğundan, daim günəşə tərəf hissənin buzdan azad olduğu və orta okeanın mərkəzində temperaturun 20°C-dək yüksələ bildiyi ehtimal olunur. 

Qeyd edək ki, aşkar olunmuş xüsusiyyətlər LHS 1140b-nin gələcəkdə ekzoplanet atmosferlərinin və “həyat şərtlərinin” araşdırılması üçün ideal obyekt edir. 

Tədqiqat işi “The Astrophysical Journal Letters”də çapa qəbul olunub və arxiv.org serverində yerləşdirilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

End of content

No more pages to load

RADİO