Əfqanıstanla sərhəddə Pakistan Sərhəd Mühafizə Korpusunun əməkdaşlarına hücum olub, ölənlər var.
Bizim.Media TASS-a istinadla xəbər verir ki,Bəlucistan vilayətinin Manzakay bölgəsində Əfqanıstan tərəfdən ekstremistlər Pakistan sərhədçilərinə atəş açıb.
Dörd sərhədçi hadisə yerində ölüb, altı sərhədçi isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Pakistan hərbçiləri sərhədlərarası terrorizmi, ekstremistlərin və qarşı tərəfdən qaçaqmalçılığın qarşısını almaq üçün Əfqanıstanla sərhəddə texnika quraşdıraraq maneələr inşa edirlər. İndiyə qədər bu işlərin 90%-i tamamlanıb.
Bizim.Media