Britaniyalı professor Tim Spektora görə, dırnaqlardakı xətlər və ya yivlər koronavirus infeksiyasının əlaməti ola bilər.
Bizim.Media xəbər verir ki, Spektor “Twitter”də koronavirus infeksiyası keçirmiş bir qadının dırnaqlarının fotosunu yayımlayıb.
Onun sözlərinə görə, bu cür xəstələrin dırnaqları tez-tez bərpa olunur, xəstəlik zamanı və ondan sonra böyümənin sərhədi aydın görsənir.
Professor hesab edir ki, böyüyən dırnaq lövhələrində ağ bir zolaq sezilir: “Belə ki, o, gecikmə ilə böyüyür”.
Spektorun fikrincə, bu simptom COVID-19-a yoluxan hər kəsdə görünməyə bilər. Mütəxəssis qeyd edir ki, dırnaqlardakı xətlər zərərsiz də ola bilər, lakin belə görünüş koronavirusla yanaşı qızılca, parotit, diabet və ya dəmir çatışmazlığı xəstələklərinin də əlamətindən xəbər verir.
Bizim.Media
