Rusiyanın Federal Vergi Xidməti məşhur rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Buna səbəb H. Nurməhəmmədovun dövlətə 297 milyon rubl borcunun olmasıdır.
Qeyd edək ki, daha əvvəl Federal Vergi Xidməti H.Nurməhəmmədova məxsus bir neçə şirkəti bağlayıb.
Bizim.Media