Bu gün Perunun cənub sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar 28 kilometr dərinlikdə baş verib.
Zəlzələnin Perunun paytaxtı Limadan təxminən 600 kilometr cənubda, Atikipadan səkkiz kilometr qərbdə baş verdiyi qeyd edilir. Peru Geofizika İnstitutu sunami xəbərdarlığı edib.
Bizim.Media