“Google” texnologiya korporasiyası “Google Translate” onlayn tərcümə platformasına 110 yeni dil əlavə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.
“İstifadə etdiyimiz dillərin sayını artırmaq üçün süni intellekt texnologiyasından istifadə edirik.Nəhəng PaLM 2 dil modelimizlə tariximizdəki ən böyük genişlənmə olan “Google Translate”ə 110 yeni dil əlavə edəcəyik. Əlavə olunacaq dillər arasında avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, çukça, tuvan, yakut, krım-tatar, tibet, portuqal (Avropa versiyası), şimali sami, breton və s. var”, - məlumatda qeyd olunub.
Məlumata görə, sözügedən dillərdə ümumilikdə 614 milyon insan və ya dünya əhalisinin 8%-i danışır.
Bizim.Media