Fransanın Daxili İşlər Nazirliyi Parlamentin aşağı palatasına növbədənkənar seçkilər zamanı təhlükəsizlik riskləri, xüsusən də terror təhlükəsi barədə xəbərdarlıq edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Fransa DİN səsvermənin çoxsaylı təhlükəsizlik təhdidləri fonunda keçiriləcəyini güman edir.
Bildirilir ki, bölgədə terror hücumları təhlükəsi son dərəcə yüksək olaraq qalır.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsvermənin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.
Bizim.Media