Bu yaxınlarda Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən hündür iti seçilən Kevin əməliyyatdan sonra ölüb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yaşayan Kevin adlı danimarkalı it bu yaxınlarda Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən hündür iti seçilib.
Kevin adlı it, ötən il ölən 3 yaşlı Zevs adlı iti əvəz edərək martın 20-də dünyanın ən hündür iti seçilib.
Qeyd edək ki, bu cinsdən olan itlərin standart boyları 76 santimetr olur.
Bizim.Media