“Moskva Ukrayna münaqişəsinin həlli üçün heç kimlə heç bir gizli danışıqlar aparmır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun xarici işlər naziri Sergey Aleyniklə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Putinin Ukrayna ilə bağlı sülh təklifləri hazırkı reallıqların ayıq və konstruktiv təhlilinin nəticəsidir”, - deyə Lavrov deyib.
O qeyd edib ki, Ukrayna ilə bağlı ikinci konfransın mövzusuna dair Rusiyaya müraciət olmayıb.
Bizim.Media