Mayın 15-dən Türkiyəyə gələcək 15 ölkənin vətəndaşları üçün COVID-19 (PSR) testi məcburiyyəti ləğv edilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Türk Hava Yolları” aviaşirkətinin rəsmi internet səhifəsində məlumat yer alıb .
Qeyd edilib ki, yeni qərara əsasən, Hong Kong, Çin, Tayvan, Vyetnam, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Tayland, Cənubi Koreya, İsrail, Yaponiya, Birləşmiş Krallıq, Latviya, Lüksemburq, Ukrayna və Estoniyadan Türkiyəyə gələcək sərnişinlərdən COVID-19 testi tələb edilməyəcək.
Bizim.Media