Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən Bəyannamə imzalandı

İyunun 18-də Kişineuda İtaliya Prezidenti Sercio Mattarellanın səfəri zamanı Moldova Respublikasının Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləyən Bəyannamə imzalanıb.

Bizim.Media xəbər verir ki, sənəd İtaliya lideri və Moldova Prezidenti Maya Sandunun iştirakı ilə aparılan müzakirələrdən sonra imzalanıb.

Sonra keçirilən birgə mətbuat konfransında Sercio Mattarella ölkəsinin Moldova Respublikasının Avropa İttifaqına daxil olmasına “tam və birmənalı” dəstəyini təsdiqləyib. “İtaliya Moldovaya Avropa standartlarına çatmaq üçün lazımi islahatları aparmağa gələcəkdə də köməklik göstərəcək və eyni şeyi Ukrayna üçün də davam etdirəcək”, -deyə Mattarella bildirib.

İtaliya Prezidenti qeyd edib ki, Maya Sandunun üç il əvvəl Romaya səfəri həm iqtisadi, həm mədəni, həm də sosial baxımdan yüksək qiymətləndirilən ikitərəfli münasibətləri yeni mərhələyə çıxarmağa imkan verib.

Eyni zamanda, o, İtaliyada yaxşı inteqrasiya olunmuş və fəal olan böyük moldovalı icmasının ölkəsinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

Sercio Mattarella, həmçinin BMT-nin himayəsi altında sülhməramlı missiyalarda, İtaliya hərbçiləri ilə tərəfdaşlıqda həyata keçirilən əməliyyatlarda iştirakına görə Moldova Respublikasına təşəkkür edib.

“Bu, sülh naminə əməkdaşlığın yaxşı əlamətidir, xüsusən də buradan bir neçə yüz kilometr aralıda müharibə olduğu üçün”, - deyən İtaliya Prezidenti ölkəsinin Ukraynanın ərazi bütövlüyünə möhkəm sadiqliyini və münaqişənin BMT prinsiplərinə uyğun olaraq sülh yolu həlli yollarını axtardığını təsdiqləyib.

Öz növbəsində, Prezident Maya Sandu bildirib ki, İtaliya dövlət başçısının səfəri Moldova Respublikasına, xüsusən də təhlükəsizliyin indiki çətin kontekstində aydın dostluq və dəstək siqnalı göndərir.
O, Avropaya inteqrasiya yolunda Kişineunu güclü və birmənalı şəkildə dəstəkləmək öhdəliyinə sadiq qaldığına və Ukraynanı dəstəklədiyinə görə İtaliyaya təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

End of content

No more pages to load

RADİO