Rusiyanın paytaxtı Moskva şəhərində yemək çatdırılması xidmətinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib.
Bizim.Media RBK telekanalına istinadən xəbər verir ki, bu barədə Moskva merinin müavini Anastasiya Rakova danışıb.
Onun sözlərinə görə, hazırda 55 nəfərin vəziyyəti ağırdır.
Rakova əlavə edib ki, infeksiyaya yoluxanlardan 30-u reanimasiyadadır.
Bizim.Media