Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə açıqlamasında bildirib.
"Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır", - deyə Mixail Qaluzin agentliyə İttifaq Nazirlər Şurasının yüksək səviyyəli qrupunun iclası ərəfəsində deyib.
O qeyd edib ki, səfirin məsləhətləşmələrə çağırılması tamamilə standart prosedurdur və tez-tez təkrar olunur.
Bizim.Media