Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkinin keçirilməsi barədə qərar qəbul edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə o, televiziya ilə fransızlara müraciətində deyib.
"Mən növbədənkənar parlament seçkisi təyin edirəm. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də olacaq", - deyə Makron bildirib.
Bizim.Media