İndoneziyada piton ilanı 45 yaşlı qadını uddu - FOTO

İndoneziyada itkin düşən 45 yaşlı qadının meyiti piton ilanın mədəsindən çıxarılıb.

Bizim.Media xəbər verir ki, hadisə Cənubi Sulavesi əyalətinin Kalempanq kəndində baş verib. 

İyunun 6-da axşam vaxtı Fəridə adlı qadın itkin düşüb. Axtarışa çıxan kənd sakinləri növbəti gün kəndin yaxınlığındakı meşədə qarnı qabarmış tor piton görüblər. Uzunluğu 5 metr olan ilanının qarnını kəsən kəndlilər Fəridənin bütöv meyitini aşkarlayıblar.
Bu cür hadisələr nadir hallarda baş versə də, son illər İndoneziyada pitonun insan udmasına dair bir neçə fakt qeydə alınıb. Ötən il Cənub-şərqi Sulavesi əyalətinin Muna adasında 8 metr uzunluğu olan piton bir nəfəri boğub öldürdükdən sonra udub. 

2018-ci ildə isə ştatın başqa bir qəsəbəsində 54 yaşlı qadının meyiti 7 metr uzunluğu olan pitonun qarnında aşkarlanıb. Ondan bir il əvvəl isə Qərbi Sulavesidə 4 metr uzunluğu olan piton kəndlini diri-diri udub.

Qeyd edək ki, dərisi üzərində tora bənzər naxışlar olduğu üçün torlu piton adlandırılan bu ilan Cənubi və Cənub-şərqi Asiyada rast gəlinir.

Nəsli kəsilməkdə olan torlu piton dünyada ən uzun, ağırlığına görə isə anakonda və Burma pitonundan sonra 3-cü ilan növü hesab olunur. İnsanlar tərəfindən dərisinə və tibdə istifadəyə görə ovlanan torlu pitonlar əsasən onurğalı heyvan və quşlarla qidalanır. Bu ilanlar öz uzunluğunun dörddəbiri qədər və özü ilə eyni çəkidə olan canlıları uda bilir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

End of content

No more pages to load

RADİO