İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 36 min 801 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 83 min 680 nəfər isə yaralanıb.
Bildirilib ki, son 24 saat ərzində İsrail hərbçilərinin fəaliyyəti nəticəsində 70 fələstinli ölüb, daha 150 nəfər isə yaralanıb.
Bizim.Media