Meksikada H5N2 quş qripinə yoluxmuş ilk şəxs vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, 59 yaşlı kişidə hərarət, təngnəfəslik, ishal və ürəkbulanma yaranıb. Bir həftə sonra xəstəxanaya yerləşdirilən xəstə elə orada dünyasını dəyişib.
“Bu, dünyada qeydə alınmış ilk laborator qrip A (H5N2) virusuna yoluxma hadisəsidir. Hadisənin ictimai sağlamlıq üçün ciddi fəsadları ola bilər”, - deyə təşkilatdan bildirilib.
Bizim.Media