ABŞ-də ölmüş hesab edilən qadın morqa gətirilib və onun qəfil dirildiyi məlum olub.
Bizim.Media "NBC News" telekanalına istinadən xəbər verir ki, qocalar evində tibb bacıları 74 yaşlı Nebraska sakini Konstans Qlantsın nəfəs almadığını gördükdən sonra onun öldüyünü güman ediblər.
Qlantsın vəziyyəti ağır olub. Tibb işçiləri ona palliativ yardım göstəriblər. İyunun 3-də səhər saatlarında onun həyati əlamətlərinin qeydə alınması dayandırıldıqdan sonra meyitinin morqa göndərilməsi qərara alınıb.
Lakin Qlants aparıldıqdan bir neçə saat sonra morqun işçisi qadının nəfəs aldığını görüb. O, təcili olaraq xəstəxanaya yerləşdirilib, ailəsinə də hadisə barədə məlumat verilib.
Bizim.Media