İran Xarici İşlər Nazirliyi Avropa İttifaqının bəzi rəsmilərə və təşkilatlara qarşı tətbiq etdiyi yeni sanksiyaları kəskin şəkildə pisləyib.
Bizim.Media İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın XİN-nin sözçüsü Naser Kənani məlumat yayıb.
O, sanksiyaların tətbiqi üsullarının səmərəsiz olduğunu qeyd edərək, Aİ-nin bu cür addımlarının təəssüf doğurduğunu qeyd edib.
Rəsmi Tehran həmçinin Aİ-ni Qəzzadakı humanitar fəlakətlə mübarizədə fəaliyyətsizlikdə ittiham edib.
Bizim.Media