Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Xidməti (AFAD) məlumat yayıb.
Bildirilib ki, vilayətin Datça rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.7 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media