Bu gün Gürcüstan parlamenti ölkə prezidenti Salome Zurabişvilinin "xarici təsir" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.
Bizim.Media xəbər verir ki, qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.
Bizim.Media