Rusiyanın Moskva vilayətinə dron hücumu olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, vilayətin Kuçino mikrorayonunda hava hücumundan müdafiə sistemi PUA-nı zərərsizləşdirib.
Qeyd edilib ki, PUA-nın hissələri yaşayış evinin üzərinə düşüb. Evdəkilər təxliyə olunub, xəsarət alan olmayıb.
Bizim.Media