Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ilə Rusiya Aerokosmik Qüvvələrinin birgə uçuş-taktiki təlimləri keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimlər zamanı əsas səylər dövlət və hərbi obyektlərin hava hücumlarından qorunması problemlərinin həllinə yönəlib.
Mayın 27-dən 31-dək baş tutacaq təlimlərdə müxtəlif aviasiya qüvvələrinin idarə olunması, onların döyüş hazırlığı tapşırıqlarını yerinə yetirərkən qarşılıqlı fəaliyyətin təşkili məsələləri işlənəcək.
Bizim.Media