Ramzan Kadırovun varisi bəlli oldu

Son aylar adətən, səhhətinin ağırlaşması və tezliklə vəzifəsindən gedəcəyi ilə bağlı xəbərlərlə gündəmə gələn Çeçenistan rəhbəri Ramzan Kadırov üç gün əvvəl Kremldə görünüb.

Bizim.Media musavat.com saytına istinadən xəbər verir ki, o, Bəhreyn kralı Həməd Bin İsa Əl Xəlifənin Kremldə qəbulunda iştirak edib.

Bildirilir ki, Çeçenistan rəhbəri Kremlin Yaxın Şərqdəki tərəfdaşları ilə təmaslarında mühüm vasitəçidir.

Bu işgüzar səfər zamanı “Shot” teleqram kanalının müxbiri Kadırovdan gözlənilmədən Çeçenistan parlamentinin spikeri vəzifəsindən istefa verən Maqomed Daudovun gələcək taleyi ilə bağlı sual verib.

"Biz onun üçün iş axtarırıq" deyə Kadırov jurnalistə deyib.

“Bəs bu iş federal səviyyədə olacaq, yoxsa Çeçenistanda” sualına da Kadırov qısaca “hələ bilmirik” deyə, cavab verib.

Bundan bir gün sonra isə Çeçenistan hökumətinin keçmiş rəhbəri Müslüm Xuçiyevin Rusiya baş naziri Mixail Mişustinin köməkçisi təyin olunub. Maqomed Daudova da “iş tapılıb”. Belə ki, Çeçenistan parlamenti yekdilliklə Daudovun baş nazir olmasına razılıq verib.

Kadırovun xəstəliyi və onu kimin əvəz edə biləcəyi haqda silsilə yazılar dərc edən “Novaya qazeta” yazır ki, Kadırovun Maqomed Daudova respublikadan kənarda işə axtarmasını elə-belə deməyib. Çeçenistan rəhbəri həqiqətən də onun respublikadan kənarda iş tapmasına çalışıb. Hətta Çeçenistanın hökumətyönlü sosial şəbəkələrində Daudovun səlahiyyət müddəti başa çatan İnquşetiya rəhbərinin yerinə təyin edilə biləcəyi haqda fəal təbliğat aparıblar. Bu təyinat, şübhəsiz ki, Kadırovun xeyrinə olacaq, çünki bu, Çeçenistan hakimiyyətinin Şimali Qafqaz regionunda təsirini gücləndirəcək və potensial olaraq Çeçenistan və İnquşetiyanın birləşməsinə gətirib çıxara bilərdi.

“İnquşetiya rəhbəri Kalimatovun qeyri-müəyyən mövqeyini nəzərə alsaq, o, sentyabrda dəyişdiriləcək, bu şayiələr təsadüfi deyil. Amma Ramzan Kadırov Maqomed Daudovla bacarmadı. FTX-nın Çeçenistan üzrə İdarəsindəki mənbənin sözlərinə görə, Moskvanın Kadırovun ən yaxın silahdaşlarından birinə münasibətini dəyişməyib və onun Çeçenistandan çıxaraq, federal hakimiyyət pilləsində yüksəlişinə qarşıdır. Kadırov Daudovu Çeçenistanın daxili işlər nazirliyinə nazir təyin etmək üçün bir neçə dəfə cəhd edib ki, bu da federal mərkəzdən razılıq tələb edir, lakin hər dəfə rədd edilib”, - deyə müxalif nəşr yazır.
Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı Rusiyanın mərkəzi hakimiyyətində lobbi resursları güclənib, amma Kadırov Daudovla bağlı “veto”nun öhdəsindən yenə gələ bilmədi.

Formal olaraq baş nazir vəzifəsi Maqomed Daudov üçün yüksəlişdir. Üstəlik, formal olaraq, Çeçenistan Konstitusiyasına görə bölgənin hazırkı rəhbərinin fəaliyyət qabiliyyətini itirdiyi və ya öldüyü təqdirdə səlahiyyətlər respublikanın baş nazirinə keçir.

Çeçenistan rəhbərinin səhhəti açıq-aydın pisləşir və buna görə də bəzi jurnalistlər və şərhçilər artıq Çeçenistanın yeni baş nazirini “Kadırovun varisi” adlandırıblar. Amma Daudova yaxın mənbə iddia edir ki, o özü də təyinatını kifayət qədər ayıq qiymətləndirir və o qədər də optimist olmaqdan uzaqdır. Daudovun Moskvanın ona sədaqəti ilə bağlı heç bir illüziyası yoxdur.

O, yeni vəzifəsindən də razı deyil: Kadırovun xəstəliyi respublika başçısının qan qohumu olmayan bir şəxs üçün Çeçenistanı idarə etmək prosesini xeyli çətinləşdirib. Kadırov nə qədər istəsə də, hakimiyyəti vərəsəlik yolu ilə ötürə bilməz. Buna görə də Çeçenistanın rəhbəri fərqli bir yol tutdu, son iki ildə Moskvanın tam razılığı ilə respublikada əsl ailə korporasiyası qurdu. Əgər sentyabr seçkilərində Kadırovun ən yaxın qohumlarından biri deputat, sonra isə spiker seçilərsə, respublikaya tam nəzarət təkcə de-fakto deyil, həm də de-yure hakim ailənin əlində cəmləşəcək”, - nəşr yazır.

Tabeliyində olanlara çox sərt rəhbərlik etməyə öyrəşmiş Daudova gəlincə, nəşrə görə, onun işi asan olmayacaq, hər gün Kadırovun şahzadələr olan nazirlərlə qarşılaşmalı olacaq. “Onlar isə padişah atalarından başqa heç bir səlahiyyət tanımırlar. Onlara əmr vermək olmaz, onları tənqid etmək olmaz və onlardan şikayət etmək çox təhlükəlidir...”.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

X platformasının ayrıca mesajlaşma tətbiqi istifadəyə veriləcək

X platformasının ayrıca mesajlaşma tətbiqi istifadəyə veriləcək

Kişilərin evlilikdən qaçış səbəbi BU İMİŞ – Öz dillərindən ETİRAF

Kişilərin evlilikdən qaçış səbəbi BU İMİŞ – Öz dillərindən ETİRAF

Yuxusuzluğun səbəbi ilə bağlı məşhur mif dağıdıldı

Yuxusuzluğun səbəbi ilə bağlı məşhur mif dağıdıldı

Lukaşenkoya 40 il əvvəl özünün yazdığı məktub hədiyyə edildi

Lukaşenkoya 40 il əvvəl özünün yazdığı məktub hədiyyə edildi

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi

Tikintidə həyatını itirən İlkinin FOTOSU

Tikintidə həyatını itirən İlkinin FOTOSU

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi baş tutacaq

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi baş tutacaq

İsrail Livanın Bint Cbeyl şəhərini mühasirəyə aldı - Gərgin döyüşlər gedir

İsrail Livanın Bint Cbeyl şəhərini mühasirəyə aldı - Gərgin döyüşlər gedir

Azərbaycanın şimalında yaşayan pravoslav xristianlar Pasxa bayramını qeyd ediblər - FOTO/VİDEO

Azərbaycanın şimalında yaşayan pravoslav xristianlar Pasxa bayramını qeyd ediblər - FOTO/VİDEO

Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım etdi - FOTO

Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım etdi - FOTO

Salyan qəzasında xəsarət alanların SON DURUMU

Salyan qəzasında xəsarət alanların SON DURUMU

Qaxda yaşayan gürcülər Pasxa bayramını belə qeyd edirlər - FOTO/VİDEO

Qaxda yaşayan gürcülər Pasxa bayramını belə qeyd edirlər - FOTO/VİDEO

DYP-dən küləkli hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən küləkli hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rəhman Əşrəfov HƏBS EDİLDİ - FOTO

Rəhman Əşrəfov HƏBS EDİLDİ - FOTO

Paşinyan Göyçə mahalına getdi - Yenə “pirojki” yedi - VİDEO

Paşinyan Göyçə mahalına getdi - Yenə “pirojki” yedi - VİDEO

Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürəcək?

Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürəcək?

Bakıda marketlərdən oğurluq edən 5 nəfər TUTULDU

Bakıda marketlərdən oğurluq edən 5 nəfər TUTULDU

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

Bloomberg: Hörmüz boğazından iki iri tanker keçə bilməyib

Bloomberg: Hörmüz boğazından iki iri tanker keçə bilməyib

Saç tökülməsinə qarşı YENİ ÜSUL

Saç tökülməsinə qarşı YENİ ÜSUL

Həmin qətli törədən şəxs TUTULDU

Həmin qətli törədən şəxs TUTULDU

End of content

No more pages to load

RADİO