Maqomed Daudov Çeçenistan Respublikası Hökumətinin Sədri təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.
Qeyd edilib ki, Maqomed Daudov 2015-ci ildə də Çeçenistan parlamentinə rəhbərlik edib.
Daudov yeni təyinatla əlaqədar olaraq “Axmat” futbol klubunun prezidenti postunu da tərk edib.
Xatırladaq ki, mayın 22-də Çeçenistan Respublikası Hökumətinin Sədri Müslüm Xuçiyev başqa işə keçməsi ilə əlaqədar olaraq istefa vermişdi. Daha sonra Çeçenistan hökumətinin başçısı vəzifəsini müvəqqəti olaraq, İsa Tumxadjiev icra edib.
Bizim.Media