Estoniya hökuməti Rusiya ilə həmsərhəd ərazinin ətrafına hasar çəkəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Estoniyanın daxili işlər naziri Lauri Lanemets məlumat yayıb.
Nazir bildirib ki, “Tallinn Saatse Boot” adlanan ərazidə Şərq sərhədinin yaradılması üzrə aparılan işlər genişləndiriləcək:
“Rusiya ilə heç bir torpağı dəyişdirmək fikrində deyilik. Ona görə də biz bu hasarı tikməliyik”.
O qeyd edib ki, hökumət bunun üçün vəsait ayırmalı olacaq:
“Buna görə də təxminən 4 milyon avroluq vəsaitə ehtiyac var”.
Bizim.Media