Tehranın Narmək bölgəsində baş verən silahlı qarşıdurmada üç polis əməkdaşı öldürülüb.
Bizim.Media “Əl-Ərəbiyyə” saytına istinadən xəbər verir ki, bununla bağlı dünən gecə Tehranın Polis İdarəsi açıqlama yayıb:
"Polis qüvvələri saat 22:00 radələlərində şübhələndikləri 25 yaşlı şəxsə dayanmaq əmri veriblər, ancaq o, əmrə tabe olmayıb və polislərə atəş açaraq onları qətlə yetirib".
Məlumata görə, atəş açan şəxs də başqa polislər tərəfindən güllələnərək öldürülüb.
Bizim.Media