Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qızdırma və oynaq ağrıları səbəbindən tibbi müayinədən keçəcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə monarxın ofisinə istinadən məlumat yayılıb.
Mənbə qeyd edir ki, prosedurlar Ciddədəki sarayda ixtisaslaşmış klinikada aparılacaq.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Böyük Britaniyanın 96 yaşlı kraliçası II Yelizabetin vəfatı ilə Salman bin Əbdüləziz dünyanın ən yaşlı monarxı olub. Dekabrda onun 89 yaşı tamam olacaq.
Bizim.Media