Rusiyanın Novorossiysk vilayətində yerləşən Kirillovskaya elektrik yarımstansiyasında yanğın qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Yanğın səbəbindən 26 min sakinin işıqsız qaldığı bildirilib.
Yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Yerli sakinlər isə hadisədən əvvəl, gecə saatlarında pilotsuz uçuş aparatların səslərini eşitdiklərini bildiriblər.
Bizim.Media