Son 24 saat ərzində Livandan İsrailin şimalına 200 raket atılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailə məxsus “Telegram” kanalları yazıb.
Bildirilib ki, bu, 2023-cü il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayandan bəri atılan ən yüksək raket sayıdır.
Qeyd edilib ki, İsrailin şimalında yerləşən Metula şəhərində də PUA partlayıb, nəticədə 3 əsgər yaralanıb.
Bizim.Media