“WikiLeaks”in baş redaktoru: Culianın səhhəti çox pisdir

"İki həftə əvvəl Belmarşda Culian Assanca baş çəkdim və gördüm ki, onun səhhəti çox pisdir. O, beş ildən artıqdır ki, ciddi rejimli həbsxanada davam edən həbsdən əziyyət çəkir".

Bizim.Media xəbər verir ki, bunu “WikiLeaks”in baş redaktoru Kristin Hrafnson AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, həbsdən əvvəl də Culian Assanc yeddi il Londonda Ekvadorun səfirliyində, kiçik bir binada mühacir olub, oradan çıxa bilməyib. “Bundan əvvəl isə iki il ev dustaqlığında olub. Beləliklə, o, ümumilikdə 14 il bu və ya digər formada azadlıqdan məhrum edilib. Təbii ki, bu, insanın psixi sağlamlığına təsir göstərir. O, əziyyət çəkir, çox əziyyət çəkir. Amma onun buna dözməsinin yeganə səbəbi bütün dünyadakı insanların dəstəyidir. Ən əsası da həyat yoldaşı Stella Assancın böyük dəstəyinin bunda rolu var”,- deyə Kristin Hrafnson qeyd edib.

Birləşmiş Krallıqda məhkəmə sisteminə o qədər də inanmadığını söyləyən baş redaktor vurğulayıb:

“Məhkəmə zallarında məntiqin, sağlam düşüncənin rədd olunmasını müşahidə etdikdən sonra Birləşmiş Krallıqda məhkəmə sisteminə o qədər də inanmıram. Belə nəticəyə gəldim ki, Culian Assancla bağlı bütün proses təhrif olunub. Bu, proses korrupsiyalaşıb və siyasiləşib. Ona görə də ədalətli nəticəyə inanmıram”.

O, Culian Assancın ABŞ-da da ədalətli şəkildə mühakimə olunmayacağını düşündüyünü deyib. “Sadə bir faktdır ki, o, ABŞ-a ekstradisiya edilsə, Virciniya ştatının şərq bölgəsindəki "casus məhkəməsi" adlandırdıqları yerə sürgün olunacaq. Burada hamı bilir ki, həmin məhkəmədə jüri heyəti o ərazidəki dövlət qurumlarında işləyən şəxslərdən ibarətdir. Casusluq ittihamı ilə məhkəmənin qarşısına çıxarılan hər kəs 100 faiz günahkar bilinir. Ona görə də Culianın heç bir ədalətli mühakimə şansı yoxdur. Üstəlik, ölkə liderlərinin şərhləri ilə iş bu qədər siyasiləşib”, - deyə baş redaktor əlavə edib.

Qeyd edək ki, Kristin Hrafnson 2018-ci ildən “WikiLeaks”in baş redaktorudur. O, islandiyalı tədqiqatçı-jurnalistdir. Kristin 2010-2017-ci illərdə “WikiLeaks”in sözçüsü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Səudiyyə Ərəbistanı İraqa NOTA VERDİ

Səudiyyə Ərəbistanı İraqa NOTA VERDİ

Tramp: “İran yenidən danışıqlar masasına qayıdacaq”

Tramp: “İran yenidən danışıqlar masasına qayıdacaq”

Azərbaycanlı idmançı “Ginnesin Rekordlar Kitabı”na düşdü

Azərbaycanlı idmançı “Ginnesin Rekordlar Kitabı”na düşdü

Egey dənizində gərgin anlar: Türklər yunan katerini ərazidən uzaqlaşdırdı - VİDEO

Egey dənizində gərgin anlar: Türklər yunan katerini ərazidən uzaqlaşdırdı - VİDEO

Tramp: “NATO-ya yenidən baxmalıyıq, bizim yanımızda olmadılar”

Tramp: “NATO-ya yenidən baxmalıyıq, bizim yanımızda olmadılar”

Bu meyvə xərçəng riskini azaldır

Bu meyvə xərçəng riskini azaldır

Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO

İstisuya qar yağır - VİDEO

İstisuya qar yağır - VİDEO

Məleykə Əsədova qızı ilə obyektiv qarşısına keçdi - VİDEO

Məleykə Əsədova qızı ilə obyektiv qarşısına keçdi - VİDEO

Tramp: “İstəsək, İranı bir günə məhv edə bilərik”

Tramp: “İstəsək, İranı bir günə məhv edə bilərik”

Azərbaycanda yenə qohum evliliyi baş tutub - Qanuna ƏMƏL ETMİRLƏR

Azərbaycanda yenə qohum evliliyi baş tutub - Qanuna ƏMƏL ETMİRLƏR

Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində irəliləyib

Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində irəliləyib

Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

End of content

No more pages to load

RADİO