ABŞ Prezidenti Co Baydenlə Respublikaçılar partiyasından prezidentliyə real namizəd Donald Tramp arasında ilk debatın yeri və tarixi açıqlanıb.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, ilk debat telekanalın Atlanta şəhərində yerləşən binasında iyunun 27-də yerli vaxtla saat 21:00-da keçiriləcək.
Bildirilib ki, görüş telekanal vasitəsilə canlı yayımlanacaq.
Bizim.Media