Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığındakı hərbi əməliyyatlarda BMT-nin iki əməkdaşı xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası məlumat yayıb.
Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.
Təhlükəsizlik xidmətləri hadisənin baş vermə şəraitini araşdırır.
Bizim.Media