Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsov saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə və hüquq-mühafizə orqanlarına bağlı “Telegram” kanalları yazıb.
Onun hansı səbəbdən saxlanıldığı açıqlanmır.
Qeyd edək ki, Kuznetsov 2023-cü ildən bu vəzifəni icra edir, 2010-cu ildən isə Baş Qərargahın Səkkizinci İdarəsinin (GST) rəhbəridir.
Bizim.Media