Qırğızıstanın cənubunda 4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.
Zəlzələnin ocağı Taş-Kumır şəhərindən 46 kilometr şimal-qərbdə yerləşib.
İlkin məlumatlara görə, itki və dağıntı yoxdur.
Bizim.Media