Rusiya prezidenti Vladimir Putin Sergey Narışkinin Xarici Kəşfiyyat Xidmətinin direktoru, Aleksandr Bortnikovun FTX rəhbəri, Viktor Zolotovun Rusiya Qvardiyasının rəisi, Dmitri Koçnevin Federal Mühafizə Xidmətinin direktoru vəzifəsinə yenidən təyin edilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, Sergey Şoyqu müdafiə naziri vəzifəsindən çıxarılır, onun yerinə Andrey Belousov gətirilir.
Sonuncu dəfə o, baş nazirin birinci müavini olub. Sergey Lavrovun namizədliyi isə yenidən XİN rəhbərliyinə irəli sürülüb.
Rusiya Federasiya Şurası namizədləri 13 mayda müzakirə edəcək.
Bizim.Media