Avropa İttifaqı amerikalı aktyor Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər.
Bizim.Media xəbər verir ki, “EUobserver” portalı bu barədə Avropa İttifaqının nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, əgər Stiven Siqalın hərəkətlərinin Ukraynaya zərər verə biləcəyi barədə “hüquqi əsaslar” olsa, o, qara siyahıya salına bilər.
Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığı alıb və hazırda orada yaşayır. O, eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin Amerika ilə humanitar əlaqələr və ümumi mədəni-tarixi irs üzrə xüsusi nümayəndəsidir.
Bizim.Media