Makronun Fransada “Rus tortu” adlandırılan sevimli deserti Si Cinpinlə nahar zamanı masaya qoyulmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.
Mənbə qeyd edir ki, Vladimir Putinin andiçmə gününə təsadüf edən şam yeməyində “rus tortu” “geosiyasi kontekstdə incə adlandırıldığına görə” qaragilə piroqu ilə əvəzlənib.
Xatırladaq ki, "Rus tortu" Fransada çox məşhur desertdir, adətən 40 ildən çox bu ölkədə ali qonaqların naharlarında verilir.
Bizim.Media